Rusiya Baş naziri Dmitri Medvedev İnstagram-da izləyicilərinin xahişi ilə Hökumət Evində “selfie” edərək şəklini səhifəsində yerləşdirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hökumət Evinin liftində çəkdirdiyi fotosunu paylaşan baş nazir bunu izləyicilərinin çoxsaylı xahişləri əsasında etdiyini qeyd edib.
Qeyd edək ki, iki il əvvəl İnstagram-da qeydiyyatdan keçən Medvedev son zamanlar sosial şəbəkələrdə aktivliyi ilə diqqət çəkir və 400 minə yaxın izləyicisi var.
