Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Overçuk: "Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq"
"İrəvan bilir ki, Avropa İttifaqına (Aİ) daxil olması Avrasiya İqtisadi İttifaqı bazarını onun üzünə bağlayacaq".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Burada həll yolu çox açıqdır: Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması demək olacaq. Aydındır ki, Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq gömrük və Aİİ ilə gömrük tarifinə qayıdış demək olacaq. Burada heç kimin illüziyası olmamalıdır", - deyə Rusiya hökumət sədrinin müavini vurğulayıb.
A.Overçuk əlavə edib ki, Ermənistanın Aİ-yə daxil olması prosesi uzun çəkəcək və Ermənistan parlamentində bu məsələ ilə bağlı dinləmələrin nəticələrini gözləmək lazımdır.
"Aleksey Overçuk" teqi üzrə xəbərlər
- Overçuk: "Rusiya Ermənistanla əməliyyatları azaldıb"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- Rusiya və Azərbaycan sərhədində yük həcmi beş dəfə artıb
- Overçuk: "2020-ci il razılaşmaları əsasında İrəvanla Bakı arasında marşrutların açılması mümkündür"
- Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib