Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar
Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq.
Oxu.Az "Report" istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Dəyişikliyə görə, bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub
- Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər
- Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb