Qarabağ münaqişəsi “dondurulmayıb”.
Oxu.Az xəbər verir ki, bu barədə bazar günü AzTV-nin efirində Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov çıxış edib.
“Kimsə Qarabağ münaqişəsini “dondurulmuş” adlandırırsa, o tamamilə səhv edir. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizamlanması üçün tədbirlər görməlidirlər, - deyə, Məmmədov bildirib.