Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident İlham Əliyev: "Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir"
"Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Avstriya prezidenti İlham Əliyevə başsağlığı verib
- Azərbaycanla Maldiv arasında xüsusi pasporta malik şəxslər vizadan azad edildilər
- Ölkəmiz xaricdən borcalmanı artıracaq: Səbəb nədir?
- Lavrov: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir"
- İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
Ən çox oxunanlar