Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zelenski: "Tramp müharibənin sonlandırılması ilə bağlı planını təqdim etməlidir"
"ABŞ prezidentliyinə qayıtmaq istəyən Donald Tramp indi müharibəni bitirmək planını açıqlamalıdır".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir", - o, ABŞ telekanalına verdiyi müsahibə zamanı bildirib.
Zelenski bununla bağlı yerli mediada da danışıb.
"Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirəcəyiksə, buna hazır olmaq istəyirik", - Ukrayna mediası Zelenskidən sitat gətirib.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Tramp dəfələrlə bəyan edib ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda dayandıra bilər.
Mənbə: Bloomberg
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Rusiya Ukraynada atəşkəs üçün şərt irəli sürdü
- ABŞ kəşfiyyat rəhbərlərindən birinin oğlu Rusiya ordusunda döyüşüb
- Tramp Zelenski ilə söhbətdən sonra sərt danışdı
- Ukrayna tərəfi Rusiyanın Kursk bəyanatlarını təkzib edib
- KİV: ABŞ Zaporojye, Donetsk, Luqansk və Xerson üzərində Rusiyanın nəzarətini de-fakto tanıyır