Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident İlham Əliyev: "Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır"
"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir - bizə qarşı olan düşmənçilik siyasəti dayanmır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Dövlətimizin başçısı deyib:
"O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Küveyt əmirinə təbrik məktubu göndərdi
- Prezident: "Pakistanla birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik"
- Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Şahbaz Şərif: "Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız və vəhdətimiz əfsanəvi olub"