Yanvarın 11-də Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqlar sensasiya yaratmadı, ancaq üç dövlət başçısı arasında psixoloji qarşıdurma kimi son dərəcə maraqlı idi.
Ümumiyyətlə, görüş konstruktiv müsbət notda başa çatdı, iştirakçılar regionun inkişafı və nəqliyyat əlaqələri üçün vektorları qeyd etdilər. Azərbaycanın bu vəziyyətdə aşkar dominatlığı, Ermənistanın isə irəli sürülən şərtlərlə razılaşmalı olduğu bir daha göründü.
Ancaq Dağlıq Qarabağın taleyini müzakirə etmək üçün Moskvaya toplaşan üç dövlətin liderinin - İlham Əliyevin, Vladimir Putinin və Nikol Paşinyanın davranışlarını təhlil etmək daha maraqlıdır. Mimika, jestlər, danışıq tərzi – bütün bunlar profaylerlərin nəzərindən yayınmadı.
“Info24”ün jurnalistləri danışıqlarda kimin özünü necə hiss etdiyini və müvafiq olaraq müzakirələr zamanı özünü necə apardığını öyrənmək üçün bu mütəxəssislərə müraciət edib.
Ümumiyyətlə, onun fikrincə, toplantı iştirakçılarının enerji axınları çıxış yolu tapmayıb, ancaq bununla belə çılpaq gözlə nəzərə çarpırdı.
“Əliyevlə Paşinyan arasında inanılmaz gərginlik qığılcımı birbaşa ekrandan görünürdü”, – deyə ekspert bəyan edib.
İlham Əliyevə gəlincə, psixoloqa görə, dövlət başçısı onu “oxumağa” çalışacaqlarını yaxşı başa düşürdü, bu səbəbdən hisslərini göstərmədən “əsgər kimi” dayanmışdı.
“Bəzən elə hiss yaranırdı ki, sanki o, canlı bir insan deyil, reklam lövhəsidir. Danışıq zamanı səs məlumatlarını xatırlamağa çalışaraq gözlərini aşağı və sağa çəkir. Daxili monoloq aparır və nitqini idarə edir. Ünsiyyətdə sözləri necə diqqətlə seçdiyinə diqqət yetirin”, - deyə Ruslan Pankratov müşahidələrini bölüşüb.
Maksim Kovalenko kimi, o da təcrübəsinin və yüksək səviyyəli diplomatik təhsilinin İlham Əliyevə kömək etdiyini vurğulayıb.
“Sovet məktəbi nəticə verir”, - deyə Pankratov əlavə edib.

Paşinyanın davranışına gəlincə isə, mütəxəssis onun bütün müddət ərzində “futbolçu pozasında” durduğunu qeyd edib:
“Onun emosional impulsivliyini necə idarə etməyə çalışdığı nəzərə çarpırdı. Belə görünürdü ki, o, hansısa həqiqəti, yaxud da acı, kinayəli – məğlub olan və inciyən insanın adətən demək istədiklərini söyləmək istəyir. Çıxışı əsnasında daim Putinə yönəlməsi isə sanki həmfikir, müdafiəçi, bəlkə hardasa onun bundan sonra incidilməsinə imkan verməyəcək hami axtarmasına oxşayırdı. Müqavilədə bəzi məqamlardan bəhs edərkən, “orada filan şey edilmədi”, “burada isə nəyisə bitirmək lazım idi” kimi iddialar sülh müqaviləsinin şərtlərinin Ermənistan üçün tamamilə bərabər və ya uyğun olmadığını da göstərə bilər”.
Bununla belə, mütəxəssisin fikrincə, buna fərdi subyektiv amil də - özünü daha ağıllı göstərmək, baş verən hadisələrin günahını birtəhər aradan qaldırmaq istəyi də təsir göstərə bilər.
Ruslan Pankratovun sözlərinə görə, Paşinyanın davranışlarında yetkin siyasətçinin sağlam, balanslı, konstruktiv baxışın deyil, ermənilərdən gələn tənqid qorxusunun üstün gəldiyi görünür.
Ümumiyyətlə, psixoterapevt iştirakçıların heç bir şey uydurmadıqlarını, yalan danışmağa çalışmadıqlarını hesab edir. Bunu onların gözləri də göstərib:
“Göz hərəkət reaksiyalarını izləməklə bir insanın həqiqəti söylədiyini və ya yalan danışdığını anlamaq olar. Onlardan heç biri gözlərini sola və ya sağa qaldırmadı, deməli böyük ehtimalla heç nə uydurmayıblar. Eyni zamanda, peşəkar kommunikatorların gözlərinin hərəkətini asanlıqla idarə etdiklərini, daha dəqiq desək, söhbət əsnasında gözlərini qaçırmadıqları, həmsöhbətilə qarşılıqlı əlaqədə daxili sakitliklə davamlı göz təmasını saxladıqlarını bilmək vacibdir. Məhz Vladimir Putin belə edirdi. Halbuki müzakirələrin asan olmadığı, onun çox tükəndiyi, mənəvi və fiziki cəhətdən yorulduğu bəlli idi”.