Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
"Böyük Qayıdış" I Dövlət Proqramına görə Qarabağda və Şərqi Zəngəzurda aparılan kompleks bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının yeni real mənzərəsidir. Həmin ərazilərdə aparılan yeni quruculuq işləri, həyata keçirilən layihələrin hər biri Azərbaycan vətəndaşının konstitusiya hüquqlarının təminatına hesablanıb.
Regionda artıq müasir dövrün tələblərinə uyğun yeni altı məktəbəqədər və 11 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib. Xankəndidə Qarabağ Universitetinin açılışı regionun təhsili üçün yeni perspektivlər açır. Qarabağ Universitetində altı fakültə, 10-12 ixtisas üzrə 1150 tələbə təhsil alır. Növbəti ildən tibb fakültəsinin və klinikanın yaradılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, regionda onun sosial-iqtisadi imkanlarına uyğun peşə təhsili şəbəkəsinin qurulması da nəzərdə tutulur:
"Artıq Şuşa peşə təhsili müəssisəsinin yenidən qurulmasına, Füzulidə yeni müəssisənin tikintisinə, Ağdam, Zəngilan, Qubadlıda layihələndirmə işlərinə başlanıb. Regionda intensiv qısamüddətli peşə təhsili layihələri də tətbiq edilir".
Mərahim Nəsib
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında
- Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq
- Suqovuşan kəndinə köçmək üçün 180 ailə siyahıya alınıb