Qazaxıstanın paytaxtı Astanada keçirilən "Think Tank Forum 2025"in "Qütbləşmədən tərəfdaşlığa: Beynəlxalq sistemə etimadın bərpası" mövzusuna həsr olunmuş genişmiqyaslı beynəlxalq tədbirin ilk günü başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, Respublika Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilən forum dünyanın 20 ölkəsindən 40-a yaxın xarici eksperti bir araya toplayıb. İştirakçılar arasında aparıcı analitik mərkəzlərin rəhbərləri, tədqiqatçılar və beynəlxalq səviyyəli ekspertlər var.
Forumun ilk günü qlobal gündəmdə olan əsas məsələlərə dair panel müzakirələri aparılıb. Ekspertlər "Yol kəsişməsində çoxtərəflilik: bölünmüş dünyada qlobal idarəçiliyin islahatı", "Birqütblülüyün sonu: güc balansının dəyişməsi və çoxtərəfliliyin gələcəyi", "Nüvə çağırışı: strateji rəqabət dövründə silahların yayılmaması və tərksilah", o cümlədən "Mərkəzi Asiya və Əfqanıstan dövründə: regional əməkdaşlığın yeni mərhələsinə doğru" mövzularını müzakirə ediblər.
Əsas tədbir çərçivəsində keçirilən və "Dəyişən Qlobal Təhlükəsizlik Arxitekturasında Mərkəzi Asiya: çağırışlar və imkanlar" mövzusuna həsr olunan Üçüncü Mərkəzi Asiya Təhlükəsizlik və Əməkdaşlıq Forumu xüsusi diqqət çəkib. Regionun aparıcı analitik mərkəzlərinin rəhbərləri beynəlxalq təhlükəsizlik sisteminin transformasiyası problemlərini təhlil edib və regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Artan qlobal qütbləşmə şəraitində Mərkəzi Asiyanın qlobal dialoqa körpü kimi potensialına xüsusi diqqət yetirilib.
Forumun əsas hadisəsi "InsightsCentral.Asia" elmi biliklərin innovativ rəqəmsal platformasının təqdimatı olub. Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun təşəbbüsü ilə həyata keçirilən bu layihə Mərkəzi Asiyada analitik və elmi tədqiqatların inteqrasiyası, mübadiləsi və populyarizasiyası məqsədi daşıyır. Həmçinin tədbirdə "Mərkəzi Asiya və Əfqanıstan arasında əməkdaşlıq: çağırışlar və imkanlar" adlı hesabatın müzakirəsi də baş tutub.
Forumun gündəliyinə həmçinin geniş spektrli aktual mövzular da daxildir: parçalanmış qlobal bazarlar dövründə investisiyalar, Avrasiyada ticarət-nəqliyyat dəhlizlərinin inkişafı, süni intellektdən istifadənin etik aspektləri, iqlim dəyişikliyi və su problemlərinin demoqrafik proseslərə və miqrasiyaya təsiri.











Bu gün Qazaxıstanın paytaxtı Astanada "Think Tank Forum 2025" öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzaqaliyev giriş nitqi ilə çıxış edib.
Daha sonra Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanov belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq deyib:
"Bu, sadəcə forum deyil, problemləri birlikdə həll etmək üçün bir məkandır".
Bu gün Astanada Avrasiyanın aparıcı ekspertlərini, analitiklərini, siyasətçilərini və beynəlxalq təşkilatların nümayəndələrini birləşdirən əsas intellektual platformalardan biri olan "Astana Think Tank Forum 2025" işə başlayır.
Oxu.Az xəbər verir ki, tədbir Qazaxıstan hökumətinin himayəsi, Xarici İşlər Nazirliyi və ölkənin aparıcı tədqiqat mərkəzlərinin dəstəyi ilə keçirilir.
Forumun builki mövzusu "Qütbləşmədən tərəfdaşlığa: Beynəlxalq sistemdə etimadın bərpası"dır.
Tədbirin ilk günündə aşağıdakı mövzular üzrə panel sessiyalar keçiriləcək: "Yolayrıcında çoxtərəflilik: Bölünmüş dünyada qlobal idarəetmənin islahatı", "Birqütblülüyün sonu: Güc balansının dəyişməsi və çoxtərəfliliyin gələcəyi", "Nüvə çağırışı: Strateji rəqabət dövründə yayılmama və silahsızlanma", "Mərkəzi Asiya və Əfqanıstan: Regional əməkdaşlığın yeni fəslinə doğru".
Həmçinin, "Dəyişən qlobal təhlükəsizlik arxitekturasında Mərkəzi Asiya: Çağırışlar və imkanlar" mövzusunda III Mərkəzi Asiya Təhlükəsizlik və Əməkdaşlıq Forumu, "InsightsCentral.Asia" elmi biliklərin rəqəmsal platformasının təqdimatı, eləcə də "Mərkəzi Asiya və Əfqanıstan əməkdaşlığı: Çağırışlar və imkanlar" hesabatının müzakirəsi keçiriləcək.
Qeyd edək ki, "Astana Think Tank Forum 2025" oktyabrın 16-dək davam edəcək və 40 ölkədən 500-dən çox iştirakçını bir araya gətirəcək.
Fərid Novruzov