Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
"Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü "parlament" kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa "komissiya"nın iclası barədə məlumatlar yayılıb".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bildirilib ki, Ermənistanın onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib, öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbuledilməzdir:
"Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə, silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir.
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən belə destruktiv hərəkətlərdən çəkinməyə çağırır".

"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"
- Xronika: "Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir"