Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rektor: "Qərb bölgəsindən olan abituriyentlərin də Qarabağ Universitetinə marağı böyükdür"
"Qərb bölgəsindən olan abituriyentlərin də Qarabağ Universitetinə marağı böyükdür".
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Report"a açıqlamasında bildirib.
"Biz bu günlərdə Qərb bölgəsində Qarabağ Universitetinin təqdimatı ilə bağlı görüşlər keçiririk. Görüşlər zamanı Universitetin hədəfləri, gələcək planları ilə bağlı geniş məlumatlar veririk, abituriyentlərin və valideynlərin suallarını cavablandırırıq. Biz onların Qarabağ Universitetinə böyük marağının olduğunu görürük. Abituriyentlər arasında Qarabağ Universitetində təhsil almaq istəyənlərin sayı çoxdur. Bu hal bizim üçün sevindiricidir", - rektor deyib.
O qeyd edib ki, bu abituriyentlərin əksəriyyəti imtahanlarda yüksək nəticə əldə edənlərdir:
"Düşünürəm ki, Qarabağ Universitetinin qurulmasında, ilk təhsil alan tələbələr sırasında bu bölgənin gəncləri də çoxluq təşkil edəcək".
Ş.Bayramov həmçinin vurğulayıb ki, digər bölgələrdə də Qarabağ Universitetinin təqdimatı keçiriləcək.
"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- "Böyük Qayıdış"la sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda
- Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub
- "McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
- "Böyük Qayıdış"a ürəkli dəstək: Səhiyyə Nazirliyi Xankəndidə ikigünlük müayinə aksiyası keçirdi
- Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib