İsa Qəmbərə namizədliyini geri götür deyən Rəsul Quliyev Milli Şuranın vahid namizədi olmaq istəyir.
Oxu.Az AzNews.az-a istinadən xəbər veirir ki, bu sözləri Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.
R.Quliyevi siyasi uzaqgörənlik göstərməməkdə ittiham edən Müsavat başqanı müavini “dünən bu adam “Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, biz seçkinin keçirilməsinə imkan verməməliyik” deyirdi. Siyasi uzaqgörənlik budurmu?” deyə sual edib.
G.Aslanı ACP liderini Seçki Məcəlləsindən xəbərsiz olmaqda günahlandırıb.
O deyib ki, R.Quliyev 17 il ABŞ-da yaşasa da, Seçki Məcəlləsindən xəbəri yoxdur:
“17 il ABŞ-da yaşayıb, prezident seçkilərində Milli Şuranın vahid namizədi olmaq iddiasına düşən siaysətçinin Seçki Məcəlləsindən xəbəri olmamasının günahı kimdədir?”.