İran prezidenti Həsən Ruhani Ermənistanın başçısı Serj Sarqsyanla söhbətində bildirib ki, yenidən gərginləşmiş Qarabağ münaqişəsinin hərbi həlli olmamalıdır və bu «heç kimin maraqlarına» cavab vermir.
Oxu.Az bildirir ki, bu barədə İnterfaks xəbər verir.
İran prezidenti vurğulayıb ki, mövcud terrorçu qrupların və regionda digər mövcud yeni gərginlik ocaqlarının çağırışı heç kimin maraqlarına cavab vermir və sülh danışıqlar prosesini bərpa etmək üçün bütün imkanlardan istifadə olunmalıdır.