Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya XİN: “Moskva Bakı və Yerevanla sərhəddəki münaqişənin həlli istiqamətində işlərini davam etdirir”
“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sərhəddəki gərginliyin həlli ilə bağlı üçtərəfli görüş planı hələlik yoxdur”.
TASS xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
“Əgər belə bir görüşlə bağlı informasiya yayılsa, biz bunu KİV-lərlə bölüşəcəyik. Hazırda bununla bağlı heç məlumat yoxdur”. - o bildirib.
Bununla yanaşı, diplomat qeyd edib ki, Rusiya xarici işlər və müdafiə idarələrinin nümayəndələri sərhəddəki münaqişənin həlli üçün erməni və azərbaycanlı həmkarları ilə işləməyə davam edirlər.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə artilleriya zərbələri ilə hücum etməyə cəhd göstərib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir