Yekaterinburqda ötən illərdə törədilən qətllərlə bağlı istintaq çərçivəsində həbs olunan Akif Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə TASS Sverdlovsk vilayəti məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinə istinadla məlumat yayıb.
"Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsinə Akif Səfərovun barəsində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti daxil olub", - deyə məhkəmə nümayəndəsi bildirib.
Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev, bu gün isə Şahin Lalayev həbs olunublar.
Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.