"2026-cı ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətin bütün parametrlərini əsas götürüb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, bu parametrlərin ana hədəfələri müəyyən olunub və ölkədə monetar, makroiqtisadi və fiskal sabitliyin təmin olunacağı əminliyi formalaşır:
"Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, əhalinin rifahı və sosial rifahının maliyyələşməsi əsas hədəflərdən biridir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün də müvafiq maliyyə resursu təmin edilib".
Mərahim Nəsib