Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səmayə Həşimova: "Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam"
"Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim üçün qürurvericidir".
Bu sözləri "Report"un yerli bürosuna açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
O, Polad Həşimov kimi qəhrəman övladın anası olması ilə fəxr etdiyini bildirib:
"Tovuz döyüşlərindən sonra xalq ayağa qalxdı və bu, 44 günlük Vətən müharibəsi ilə nəticələndi, Qarabağımız işğaldan azad olundu.
Bizim ailədə belə bir övladın dünyaya gəlməsi ilə, onun anası olmağımla fəxr edirəm.
Onunla bağlı arzularım sonsuz idi. Polad Həşimov Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam".
Qeyd edək ki, 2020-ci il Tovuz döyüşlərindən artıq dörd il ötür. Həmin döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhid olublar.
"Azərbaycanın Milli Qəhrəmanı" teqi üzrə xəbərlər
- Milli Qəhrəmanımızın atası vəfat etdi
- Şəhid general-mayorun xanımı Polad Həşimovla ilk görüşlərindən DANIŞDI
- Azərbaycan Prezidenti: "Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
- Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib
- Çingiz Mustafayevin doğum günüdür