Rusiya müdafiə naziri, ordu qeneralı Sergey Şoyqu işgüzar səfər ilə Bakıya gəlib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Bakıda 14-15 avqust tarixlərində işgüzar səfərdə olacaq S. Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşəcək və görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir.
İ. Konaşenkov deyib ki, görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq.
Sergey Şoyqunun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşünün keçirilməsi planlaşdırılır.
17:06
Bu gün, avqustun 14-də, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu nümayəndə heyəti ilə birgə Azərbaycana işgüzar səfərə gələcək.
Bu barədə Oxu.Az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, səfər avqustun 15-dək davam edəcək.
Qeyd edək ki, avqustun 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyaya işgüzar səfərə getmişdi.