"Dost və qardaş ölkə, Azərbaycan önəmli bir sammitə ev sahibliyi edir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü çərçivəsində bır sıra siyasi liderlər Bakıya gəliblər".
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"da yayımlanan reportajda bildirilib.
Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan dövlət və hökumət rəhbərləri ilə görüşlərinə də toxunulub.
Qeyd olunub ki, İlham Əliyevin adından sammitin iştirakçılarının şərəfinə şam yeməyi verilib.