ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminin ziyafət hissəsində səhnəyə çıxacaq musiqi qruplarından ikisinin adı açıqlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq mərasimdə “The Mormon Tabernacle Choir” xor qrupu və “The Radio City Rockettes” rəqs qrupu çıxış edəcək.
Qeyd edək ki, Elton Con və Selin Dion ABŞ-ın yeni prezidentinin andiçmə mərasimində səhnəyə çıxmaqdan imtina edib. D.Tramp isə bir müddət əvvəl bildirib ki, dünyanın bir çox məşhur simaları mərasimə qatılmaq üçün bilet istəyiblər.
A.S.
www.oxu.az