ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz inauqurasiyasında məşhurları deyil, sadə adamları görmək istəyir.
Oxu.Az xəbər verir ki, respublikaçı bu barədə “Twitter” hesabında yazıb.
“Bütün “A” kateqoriyalı məşhurlar inauqurasiyaya bilet almaq istəyirlər, amma onlar Hillari (Klinton) üçün nə etdilər? Heç nə! Mənə xalq lazımdır”, - Tramp bəyan edib.
N.O.
www.oxu.az