ABŞ Konqresi səs çoxluğu ilə Donald Trampın impiçmentinə dair qətnaməni rədd edib. Sənəd Demokrat Partiyasının təmsilçisi El Qrin tərəfindən təqdim edilib.
Onun fikrincə, Trampın hakimiyyətə gəlməsi ölkədə nifrət və irqçiliyin güclənməsinə səbəb olub. Qətnamənin lehinə 58, əleyhinə isə 364 səs verilib.
Qeyd edək ki, qətnamə baxılması üçün noyabrın 16-da Konqresə təqdim edilib.
N.O.