Türkiyə Milli Müdafiə Nazirliyi 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirlik rəsmi "Facebook" səhifəsində paylaşım edib.
"37 il əvvəl milli dirçəliş ruhu ilə müstəqilliyə doğru irəliləyən və Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edir, "Bir millət, iki dövlət" şüarı ilə hər zaman birlikdə və bərabər olacağımızı bir daha bəyan edirik", - deyə paylaşımda bildirilib.