Banqladeşin Cinayət Məsələləri Beynəlxalq Tribunalı keçmiş baş nazir Şeyx Hasinanı 2024-cü ildə baş verən kütləvi iğtişaşların yatırılması zamanı insanlığa (bəşəriyyətə) qarşı cinayətlərdə günahkar bilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.
Məlumata görə, Banqladeş məhkəməsi keçmiş baş nazir və onun iki ən yaxın tərəfdaşı - keçmiş daxili işlər naziri və polis baş müfəttişi əleyhinə iş üzrə öz hökmünü elan edib.
Həmçinin Banqladeş məhkəməsi Şeyx Hasina barəsində bu cinayətlərə görə qiyabi olaraq ölüm hökmü çıxarıb. Qərar paytaxt Dəkkədəki xüsusi tribunal tərəfindən verilib.
Qeyd edək ki, Hasina devrildikdən sonra Hindistanda yaşayır. O, bütün ittihamları rədd edir.