Ankara şəhərində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Fəlakət Jurnalistikası: "Xəbər fəlakətə çevrilmədən qarşısını almaq" (Disaster Journalism: Preventing the News from Turning into a Disaster) adlı beynəlxalq təlim paneli keçirilir.
Oxu.Az-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, layihənin əsas məqsədi beynəlxalq səviyyədə qəbul edilən və kommunikasiya fakültələri üçün nəzərdə tutulan fəlakət jurnalistikası fənninin dərs proqramını, məzmununu və media üçün təlimçilər hazırlamaqdır.
Tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəhbəri Ali Hamza Pehlivan, eləcə də 50 xarici jurnalist iştirak edir.
Mərahim Nəsib