Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
TÜRKPA-nın üzvü: "Deputatlığa namizədlərə mediadan bərabər hüquqlarla istifadəyə imkan yaradılıb"
"Azərbaycanda parlament seçkisində namizədlər bərabər hüquqlarla özlərinin təşviqat işlərini apara biliblər. Seçki kampaniyası dövründə deputatlığa namizədlərə mediadan bərabər hüquqlarla istifadə etməyə imkan yaradılıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkisini izləyən TÜRKPA nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Ahmet Zembilci deyib.
O bildirib ki, işğaldan azad olunan Qarabağda ilk dəfə parlament seçkisi keçirilib:
"Ümid edirik ki, bu tarixi hadisə regional sülh və sabitliyə töhfə verəcək".
Məhərrəm Əliyev