Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 6-da Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlə bağlı paylaşım edib.
Oxu.Az bildirir ki, Viktor Orban "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda "Dostu görmək hər zaman xoşdur" sözlərini yazıb.
"Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısından öncə Azərbaycan Prezidenti ilə görüşürəm" , - deyə o, paylaşımında vurğulayıb.
🤝🇭🇺 Always a pleasure to see a friend! Meeting with @presidentaz in Gabala today prior to the 12th Summit of the Organization of Turkic States. pic.twitter.com/NPHHS5ePqX
— Orbán Viktor (@PM_ViktorOrban) October 6, 2025