Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq"
"Azərbaycanda keçiriləcək COP29 yalnız iqlim gündəliyi üçün deyil, həm də 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas hadisə olacaq".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
V.Andreyevanın sözlərinə görə, Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) standartları şirkətlərə karbon emissiyalarını azaltmağa kömək edə bilər. O qeyd edib ki, bu standartlar, həmçinin, davamlı təchizat zəncirlərinə sərmayə yatırmağa, sosial və gender bərabərliyini təşviq etməyə və şəffaflıq məsələlərinin həllinə dəstək göstərməyə imkan yaradır.
"Buna görə də Azərbaycanda keçiriləcək COP29 konfransı böyük əhəmiyyət daşıyır. Bu tədbir yalnız iqlim gündəliyi deyil, həm də 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq. Qarşıdakı bir neçə il iqlim sahəsində cəsarətli addımların atılması baxımından vacibdir. Bu fürsətdən maksimum yararlanmalıyıq", - deyə o bildirib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Ədalət necə bərpa olundu? - 20 Yanvar hadisələrinin "Qarabağ" kulminasiyası
- TDT ölkələri gömrük-sərhəd məntəqələrində qabaqcıl texnologiyalar tətbiq edəcəklər
- Bakıda TDT gömrük xidməti rəhbərlərinin onuncu iclasında bir sıra sənədlər imzalanıb
- BMT Türk Dövlətləri Təşkilatı ilə gömrük sahəsində əməkdaşlığı sürətləndirir