Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik məktubu ümvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
"Myanma İttifaqı Respublikası xalqı adından və şəxsən öz adımdan ölkənizin Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
"Uruqvay xalqı və hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.
Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə bir daha ən yüksək ehtiramımı ifadə edirəm".
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident.az-ın xəbərinə görə, məktubda deyilir:
"Zati-aliləri, icazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.
Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.
Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcək.
Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb