"Bakı Təşəbbüs Qrupu (BTQ) kolonial və neokolonial siyasətlərin törətdiyi fəsadlar və böhranlar üzrə proqramlar çərçivəsində müxtəlif beynəlxalq layihələr həyata keçirir. Bunlar 2019-cu ildən etibarən reallaşır. Bu gün isə Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil etdiyimiz tədbirimiz kolonial ədalətsizlik və mənzil böhranına həsr olunub".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, BTQ beynəlxalq təşkilatların gündəmində kolonial siyasətlərin müxtəlif sahələrdə yaratdığı vəziyyət haqqında hesabatlar hazırlayıb təqdim edir və bu fəaliyyət davamlı olacaq:
"Sabahkı tədbirimiz gənclərin urbanizasiyadakı rolundan həsr ediləcək. Eyni zamanda yaxın vaxtlarda Bakıda Qlobal Cənub Gənclər Platformasının ilk rəsmi görüşü baş tutacaq. Hazırda əsas diqqət bu iki toplantının hazırlığına yönəlib".