Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.
Qeyd edək ki, amerikalı şoumen E. Burden “İnstagram” hesabında Ermənistana, oradan isə helikopterlə Dağlıq Qarabağa yollanmasını əks etdirən foto yayıb.
N.O.