Azərbaycan prezidenti İlham Əliyev “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti nəzərə alınaraq, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.