Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yeni təhsil naziri kimdir? - DOSYE + VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Oxu.Az xəbər verir ki, bu posta təyinat alan Emin Əmrullayev 1982-ci ildə anadan olub.
Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirib.
ABŞ-ın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alıb.
Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olub.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sonradan o, Ceyhun Bayramovun əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Emin Əmrullayev peşəkar təhsil işçisi kimi tanınır.
Ailəlidir, iki övladı var.

"Bakı" teqi üzrə xəbərlər
- Qarlı Bakı küçələrində səhər yelinin aydınlığı - Paytaxtda qış mənzərəsi
- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib
- Bakıda spirt kabusu davam edir: "İçki düzəldib qəbul etmək həyata qəsd deməkdir"
- Bakının hansı küçələrində sıxlıq var? - 26.02.2025
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"