Dek
2015
23:53
193
375
8926
Virtual karabakh

Xoşbəxt Yusifzadə: Həyat belədir, gəlir, kimisə aparır, sonra sakitləşir - VİDEO

6 Dek, 2015
23:53
8926

Xoşbəxt Yusifzadə: Həyat belədir, gəlir, kimisə aparır, sonra sakitləşir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın vitse-prezidenti Mirşahinə müsahibə verib.

27 saat külək oldu. Küləyin belə uzun müddət əsdiyi üçün dalğaların hündürlüyü qalxmışdır - 8-10 metr. Biz indi nəticə çıxarmalıyıq. Gələcəkdə təzə platformaların layihələri hazırlananda belə detalları da fikirləşməliyik.

Oxu.Az xəbər verir ki, bu sözləri ANS-in aparıcısı Mirşahin Ağayevə müsahibəsində SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, xilasedici qayıqlarda da dəyişiklik edilməlidir. 

“Platformada ümumilikdə 63 nəfər olub. İşçilərin sayının çox olmasının səbəbi bizim platformada əlavə dörd quyu qazmaq istəyimizdir. Bu səbəbdən həmin gün orada tikinti işçiləri və qazmaçılar da var idi.

Bu platforma bütün küləklərə, fırtınalara hesablanıb. Hadisə platformanın özündə baş verməyib. Dalğalar dənizin dibi ilə gələn qaz xəttini sındırmışdı. Nə o küləyin, nə də o dalğaların platformaya ziyanı yoxdur.

Platforma bundan sonra da fəaliyyətini davam etdirəcək.

İtkin düşən, həlak olan və xəsarət alanların ailələrinə mütləq yardım olunacaq. Başqa cür ola da bilməz”, - Xoşbəxt Yusifzadə deyib.

Oxu.Az həmin müsahibəni təqdim edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri