Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda orta ömür həddi açıqlandı
Yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi olduğu halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricini bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir:
“Əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır. Bu çağırışlardan ən əsası məşğulluq məsələsidir. Hər il əmək bazarına 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir.
Bioloji normaya görə, yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricini bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik”.
Nazir bildirib ki, Azərbaycanda əhalinin tərkibinə baxdıqda, hər 1000 kişiyə 1004 qadın düşür:
“Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək.
Azərbaycanda ömür uzunluğu uzanır. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür həddi 78 yaşdan, kişilər üçün 73 yaşdan çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır”.
İlhamə Əbülfət
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Prezident İlham Əliyev Liviya liderini təbrik edib
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
Rəylər