Evelina Şükürova növbəti estetik əməliyyatın qurbanıdır. Hər halda özü belə deyir.
Estetik əməliyyatlar artdıqca şikayətlərin sayı da artır. Bəs görəsən, buna səbəb nədir? Bir gündə 10 əməliyyata girib, pul üçün “yola verən” həkimlərmi, yoxsa ümumiyyətlə, bu sahədə anlayışın olmaması? Hətta düzgün edilməyən estetik əməliyyatlardan sonra ağır xəstəliklərə tutulanların da olduğu deyilir.
Estetik cərrah Araz Salmanov deyir ki, Azərbaycanda 60-70 faiz insan estetik cərrahiyə əməliyyatlarına, xüsusən də rinoplastika, yəni burun əməliyyatı üçün müraciət edir. O qeyd edib ki, ciddi xəstəliyi olan şəxslərə bu tip cərrahi müdaxilələr məsləhət deyil.
Araz Salmanov bildirib ki, bəzi estetik prosedurlar ağ və qaraciyər əməliyyatları kimi ağırdır.
Bundan başqa, o əlavə edib ki, son illər ölkədə plastik cərrahiyə üçün müraciət edən şəxslərin sayı artıb. Həkim hər bir əməliyyatın individual olduğunu, qiymətlərin də buna uyğunlaşdırıldığını deyib.
Son illər təkcə cərrahi əməliyyatlara yox, xüsusi estetik cihazlara da üz tuturlar. Belə ki, kosmetoloq Zarina Bağırova deyir ki, düzgün olunmayan cərrahiyə əməliyyatları ilə yanaşı, estetik prosedurlar da yanlış edildikdə, fəsadlar yaradır.
O, qadınlarla yanaşı, kişi pasiyentlərin də sayının artdığını qeyd edib.
Həkim kosmetoloq Samirə Məcidova isə kişilərin daha çox saçtökülməsi ilə bağlı müraciət etdiyini deyir. Estetik prosedurların qiymətinə gəldikdə, Zarina Bağırova bunun istifadə olunan preparatların və məhsullarının keyfiyyətindən asılı olduğunu bildirib.
Həkim-kosmetoloqlar son vaxtlar dəbdə olan prosedurları da sadalayıb.
Oxu.Az Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edir:
Estetik əməliyyatların ağır fəsadları ola bilər - VİDEO
Oxu.Az yeniləndi!
Rəylər