Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: Azərbaycanda bələdiyyələrin sayı çoxdur
Deputatlar parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə dair hesabatı müzakirə edirlər.
Oxu.Az xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Əli Məsimli qeyd edib ki, bələdiyyələr 20 ildir yaransalar da, görürük ki, onlar ayaqüstə dayana bilmirlər:
“Bələdiyyələr torpaq mövzusundan yerli problemlərin həllinə yönələ bilsələr, yaxşı olar. Ancaq bu sərbəstliyi onlara vermək lazımdır. Azərbaycanda 1700 bələdiyyə var. Bu say belə Azərbaycan üçün çoxdur”.
Deputat Siyavuş Novruzov deyib ki, bəzi bələdiyyələr çox səlahiyyət istəyir, bəziləri isə olan səlahiyyəti yerinə yetirmir:
“Ona görə bələdiyyələrin özündə idarə olunma ilə bağlı baxış dəyişməlidir. Elə bələdiyyə var ki onlara milyonlarla subsidiya verilib. Ancaq heç elektron kitabxana açmayıblar. Bələdiyyə meşələrinin, bağlarının salınması həyata keçirə bildirdilər. Elə etmək lazımdır ki, xırda-xırda gəlsin, amma daimi gəlir gəlsin. Eləsi də var ki, deyir ki, növbəti dəfə seçilməyəcəm, ona görə də baxışını dəyişmir”.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər