20 
Apr
2019
13:12
33
383
3831
yuxarı
Ağcabədidə içməli su tapılmır - VİDEO
20 Apr, 2019
13:12
3831
33
383
Ağcabədidə içməli su tapılmır - VİDEO
Ağcabədidə bir qrup sakin su tapa bilmir.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Hindarx qəsəbəsində sakinlərin içməli su tələbatını ödəmək üçün yeni subartezian quyusu qazılsa da, bu günədək istifadəyə verilməyib.
Bu səbəbdən 150-dən artıq ailə içməli su cəhətdən çətinlik çəkir.
Sakinlərin içməli su tapa bilməməsinə səbəb quyuda işlərin yarımçıq qalmasıdır.
Onlar içməli suyu başqa ərazilərdən avtomobillə daşımalı olurlar. Dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də, problem həllini tapmayıb.
Məsələni araşdırmaq üçün qəsəbəyə gələn rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov bu barədə Azərsu ASC-nin rəhbərliyinə müraciət edildiyini bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
19 
May
2022
22:40
Nəfsi və əli dinc durmayan MƏMURLAR: Fırıldaqlarının üstü açıldı - VİDEO
158
12
3627
19 
May
2022
21:01
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən ŞOK İFADƏLƏR
24
182
5230