Qobustan rayonunun ucqar dağ kəndlərindən biri də Ərəbqədim kəndidir. Kənd sakinləri illərdir yol problemindən əziyyət çəkirlər.
Oxu.Az-ın məlumatına görə, kənd mövcud olduğu gündən bu günə qədər asfalt yol üzünə həsrət qalıb.
Yolun texniki göstəriciləri aşağı olduğundan, əsasən, qış aylarında hərəkət çətinləşir, bəzi avtomobillər yolda qalırdı. Dağılmış yolda hərəkət edən avtomobillərin ehtiyat hissələri sıradan çıxırdı.
Bu problemlər isə artıq tarixə qovuşur. Belə ki, Prezident İlham Əliyevin Qobustan rayonuna səfərindən sonra imzaladığı üç sərəncamdan biri Ərəbqədim-Göydərə avtomobil yolunun tikitisi ilə bağlıdır. Ümumi uzunluğu 13,5 km olan yol müasir standartlara cavab verən yeni yolla əvəzlənəcək.
Tez bir zamanda yolun tikintisinə başlanılacağı bildirilir.
Heç vaxt asfaltı olmayan kəndə yol çəkilir - VİDEO
Rəylər