Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Masallıda qanunsuz ağac kəsimi: nazirlik hərəkətə keçdi - FOTO/VİDEO
Masallıda ayrı-ayrı adlarda müxtəlif diametrli 14 ağac qanunsuz şəkildə kəsilib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, ağac kəsimi faktı Qəriblər meşəbəyliyinin 5 saylı meşə dolayında qeydə alınıb.
Meşədə palıd, dəmirağac, qızılağac, azat və vələs ağacları kəsilib. Xanalion kənd sakinləri yaşıllıqların qanunsuz şəkildə kəsilməsində Zabit adlı meşəbəyi və onun övladlarını təqsirli bilirlər. Belə ki, iddialara görə, həmin şəxslər ağacları kəsib “mavi yanacaqla” təchiz edilməmiş kəndlərə satırlar.
Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. O bildirib ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları artıq hadisə yerində araşdırmalara başlayıb.
Rövşən Əzimov
"İradə İbrahimova" teqi üzrə xəbərlər
- Nazirlikdən çimərliklərə gedənlərə ÇAĞIRIŞ
- ETSN sözçüsü: "Xəbərdarlıqları izləməyi unutmayın"
- ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
- Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” - SORĞU + FOTO
- Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + VİDEO
Rəylər