24 
Avq
2019
09:21
259
41
5815
Virtual karabakh

Gəncənin məşhur "Butulkalı ev"i təmir edilir - VİDEO

24 Avq, 2019
09:21
5815

Gəncənin məşhur "Butulkalı ev"i təmir edilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə məşhur "Butulkalı ev" təmir edilir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, inşasında 46 minə yaxın müxtəlif ölçülü və rəngli butulkadan istifadə olunan evin dam örtüyü, içəridən tavanı, həmçinin, eyvan hissəsındə bərpa işləri görülür.

Binanın görünüşünə zərər verilməyəcək. Təmir işlərinin bir aya yekunlaşması nəzərdə tutulur.

1966-1967-ci illərdə inşa olunan "Butulkalı ev" şəhərin Qənbər Hüseynli və Hüseyn Cavid küçələrinin kəsişməsində yerləşir. 

Bu tarixi evi İbrahim Cəfərov İkinci Dünya Müharibəsindən qayıtmayan qardaşı Yusif Cəfərovun xatirəsini əbədiləşdirmək məqsədilə tikib. Özünəməxsus quruluşa malik ev İ.Cəfərovun fantaziyasının məhsuludur. Evin inşasında rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib.

Tikili Gəncənin nadir memarlıq nümunələrindəndir, hər zaman şəhər sakinlərinin və turistlərin diqqətini çəkir.

Hazırda "Butulkalı ev"də İ.Cəfərovun gəlini və nəvə-nəticələri yaşayırlar. 

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri