21 
Sen
2019
15:28
563
70
9666
Virtual karabakh

Prezident təqaüdçüsü: Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur

21 Sen, 2019
15:28
9666

Prezident təqaüdçüsü: Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç bir repetitor yanına getmədən ali məktəblərə keçirilən qəbul imtahanına müstəqil olaraq hazırlaşdım. Ciddi hazırlığım və çəkdiyim əziyyət yerdə qalmadı.

Bunu Oxu.Az-a açıqlamasında 675 bal toplayan Prezident təqaüdçüsü Nərmin Sadıqova bildirib. 

Nərmin Sadıqova 2002-ci il mayın 22-də Şamaxı rayonu Göylər kəndində anadan olub. O, bu il Göylər kənd 1 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirərək, Bakı Dövlət Universitetinn Hüquq fakültəsinə qəbul olub:

“Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməz. Bunun üçün sadəcə çox çalışmaq, səy göstərmək lazımdır. Uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur.

Fikrimcə, oxumaq, məqsədinə nail olmaq istəyən harada yaşamasından asılı olmayaraq, öz arzusuna çatacaq. Elə mənim kimi... Hüquq fakültəsinə qəbul olmağı çox istəyirdim. Yüksək bal toplamağı isə hələ məktəbdə oxuduğum illərdə özüm üçün hədəfləmişdim”.

N.Sadıqova bildirib ki, prezident təqaüdçüsü olmağını çox arzulayırıb:

“Mənə yüksək savad verən müəllimlərim Xoşqədəm İsrafilovaya, Əsmər Əliyevaya, Mail Qasımova, Nuriyyə Abdullayevaya, Yeganə Məmmədovaya və hər zaman dəstəkçim olan, uğurlu nəticə göstərəcəyimə inanan məktəbimizin direktoru Əlyusif Qəniyevə sonsuz təşəkkürlərimi bildirirəm. 

Məktəbimizdə yüksək səviyyədə dərs keçilir. Məhz bunun nəticəsidir ki, hər il çoxlu şagird yüksək balla universitetlərə qəbul olur. Etiraf edim ki, prezident təqaüdçüsü olmağımı çox arzulayırdım. Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adımı görəndə nə qədər sevindiyimi sözlə ifadə etmək çox çətindir.

Necə deyərlər “qanadım olsaydı uçardım”. Ali məktəbə qəbul olmaq istəyən hər kəs ilk öncə məktəbdə  fənlərini yaxşı oxumalıdır. Şagirdlərimiz  özlərinə güvənməli, əzmlə çalışmalıdırlar. Çəkilən əziyyət hər zaman qiymətləndirilir, yetər ki, qarşıya qoyduğunuz hədəfləriniz olsun.

Mənə bəslənən ümid və etimadi doğrultmaq, uğurlarımla valideynlərimi, eləcə də müəllimlərimi sevindirmək istəyirəm”, - deyə prezident təqaüdçüsü qeyd edib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri