Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı məsələyə münasibət bildirib.
BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq:
“Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə mitinqə icazə verilməsə, “28 May” metrostansiyası ətrafında aksiya keçirilməsi barədə çağırışlar yayılıb.
İlhamə Əbülfət
Rəylər