Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda koronavirusa görə xəstəxanaya müraciət edənlərdə şübhəli məqam aşkarlanmadı
Bakıda koronavirus xəstəliyi ilə şübhəli bilinən üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.
O bildirib ki, müraciət edənlərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, bir nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsində təhsil alan Çin vətəndaşı, digəri isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:
“Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb. Onların analiz nəticələrində şübhəli bilinən məqam təsdiq olunmadığı üçün evə buraxılıblar. Yanvarın 27-də Klinikaya daxil olan çinli tələbənin yoxlanışları isə davam etdirilir.
Ondan alınan analizlərinin cavabı da mənfi gəlib. Şəxs özünü yaxşı hiss edir. Yaxın günlərdə evə buraxılacaq”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər