Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti olaraq icra edən şəxs təyin edilib.
Bu barədə Oxu.Az-a İnstitutdan bildirilib.
Məlumata qeyd edilib ki, adətən, belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir:
“Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib” .
Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.
Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.
İlhamə Əbülfət