Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda bu marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi - FOTO
“119 nömrəli müntəzəm marşrut xəttində müşahidə edilən vəziyyət nəzarətə götürülüb”.
Bununla bağlı Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə sərnişin avtobuslarında sıxlıq müşahidə edilməməlidir:
“Müntəzəm olaraq vətəndaşlara maarifləndirici məlumatlar verilir. Videoçarxlar çəkilir. Lakin təəssüf ki, vətəndaşlar bu məsələyə yetəri qədər ciddi yanaşmırlar. Burada yalnız avtobus sürücüləri və ya sərnişindaşıma şirkətlərini deyil, sərnişinlərin də laqeyd davranışlarını vurğulamaq istərdim. Sərnişinlər özləri də oturacaq yerləri dolmuş avtobuslara minməkdən çəkinməlidirlər. Vətəndaşlardan zərurət olmadığı halda evdən çıxmamağa, Nazirlər Kabinetinin qərarı əsasında tərtib edilən müvafiq qaydalara riayət etməyə çağırıram.
Bu məsələ isə tərəfimizdən nəzarətə götürülüb. Müntəzəm xətt marşrutunun müvəqqəti istismarçısı “Xaliq Faiqoğlu” MMC-yə bu kimi halların təkrarlanmaması ilə bağlı bir daha xəbərdarlıq olunub”.
Könül Cəfərli
Rəylər