Apr
2020
12:52
83
347
2551
Virtual karabakh

BNA direktoru sərnişin sıxlığını tənzimləmək üçün yol göstərdi: “Evdə oturun”

2 Apr, 2020
12:52
2551

BNA direktoru sərnişin sıxlığını tənzimləmək üçün yol göstərdi: “Evdə oturun”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dayanacaqlarda sərnişin sıxlığını tənzimləmək üçün insanlar evdə oturmalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, martın 31-də metroda 66 531 nəfər sərnişin olub:

“Aprelin 1-i ekspress xətlə 66 mindən çox sərnişin daşınıb. Avtobus yolla hərəkət edir, ona görə də bəzi qurumlar yol və infrastruktur işləri görən zaman çox ciddi koordinasiya etməlidir. 2000 avtobus əvvəl eyni anda 80-100 sərnişin daşıyırdısa, indi sıxlığı azaltmaq üçün 3-4 qat artıq nəqliyyat lazımdır”.

Vüsal Kərimli bildirib ki, aparatlar yalnız dayanacaqlardadır və burada da kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur: 

“İnsanlar növbə gözləməlidir. Ekspress xətlər metro istifadəçiləri üçün açılıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri