Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Psixatriya müəssisələrində problemlər aşkarlandı – RƏSMİ MƏLUMAT
Milli Preventiv Qrupun üzvlərinin psixiatriya müəssisələrinə başçəkmələri zamanı nöqsanlar aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ombudsmanın 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, bəzi psixiatriya müəssisələrində sıxlığın olması, müalicə-reabilitasiya proqramlarının zəifliyi, qidalanma və dərman vasitələri təminatın azlığı müşahidə edilib.
Həmçinin, psixi sağlamlıq xidmətlərinə sərf edilən xərclərin az olması da diqqət cəlb edir.
Eyni zamanda, psixiatriya müəssisələrində tibb personalına verilən əməkhaqqı məbləğinin az olması, bunun da tibbi yardım səviyyəsinə mənfi təsir göstərdiyi vurğulanıb.
Aqşin Kərimov
Rəylər