ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində görüşməyə hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bunu "Fox News" telekanalının efirində jurnalist Trey İnqst deyib.
"Prezidentə Baş Assambleya ilə bağlı sual verdim. İran Prezidenti Məsud Pezeşkian orada olacaq. Mən ondan İran lideri ilə görüşə açıq olub-olmayacağını soruşdum və o, buna açıq olduğunu bildirdi", - deyə jurnalist qeyd edib.
Qaynar xətt:
(055) 224 12 12